NEWS
15:48, 01.03.2023
ETN Genetik Ehtiyatlar İnstitutunda Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı toplantı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 2023-cü il 01 mart tarixində Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı toplantı keçirilib. GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov Mülki müdafiə günü ilə bağlı toplantı iştirakçılarını, habelə institutun bütün kollektivini təbrik edib. GEİ-nin müvafiq sahədə fəaliyyətini yüksək qiymətləndirən M.Abbasov sözü institutun Mülki müdafiə qərargahının rəisi Valeh Əsədova verib.Valeh Əsədov Ümumdünya Mülki Müdafiə Günü münasibətilə toplantı iştirakçılarını təbrik etdikdən sonra beynəlxalq aləmdə baş verən, insan həyatı üçün fəlakətlər törədən hadisələr və onlardan mühafizə olunmaq yolları haqqında təqdimatla çıxış edib. İddiaçının çıxışı ətrafında GEİ-nin Həmkarlar ittifaqı komitəsinin sədri, biologiya elmləri doktoru Hamlet Sadıqov, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Vəli Qarayev çıxış edərək dünyada hökm sürən qlobal iqlim dəyişikliyi və dövlətlərarası münaqişələrin gərginləşdiyi, qonşu ölkələrdə müharibələrin davam etdiyi indiki şəraitdə mülkü müdafiə məqsədilə daha ciddi olaraq zəruri tədbirlərin görülməsinin vacibliyi, institut əməkdaşlarının təhlükəsizliyi və milli genetik ehtiyatların mühafizəsi baxımından təhlükə yarada bilən risklərin vaxtında aşkarlanması və aradan qaldırılmasına nəzarətin gücləndirilməsi bildirilib.