Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun 2023-cü il 05 yanvar tarixli müvafiq saylı əmri ilə institutda fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların attestasiyası məqsədilə yaradılmış komissiyanın iştirakı ilə 17 yanvar tarixində müvafiq iddiaçıların attestasiyası keçirildi. Komissiyanın sədri, GEİ-nin icraçı direktoru, biologiya elimləri doktoru Mehrac Abbasovun rəhbərliyi ilə attestasiya obyektiv olaraq, yüksək səviyyədəb ciddi müzakirələr şəraitində keçirildi. İddiaçıların hər biri müvafiq mövzuda aparılmış dissertasiya işinin mövcud mümkün nəticələri haqqında məlumat verdi. Bununla belə, iddiaçılara ünvanlanan çoxsaylı suallar da ətraflı olaraq cavablandırıldı. Respublikanın, habelə xarici ölkələrin beynəlxalq nüfuzli alimlərinin də rəhbərlik etdiyi dissertasiya işlərinin iddiaçılar tərəfindən davam etdirildiyi və ya yekunlaşdırıldığı komissiya üzvləri tərəfindən qənaqətbəxş hesab olundu. Elmi və elmi-pedaqoji kadrların hazırlanması sahəsində keçmiş ənənələrinə sadiq qalan GEİ-yə və onun doktorant və dissertantlarına elmi fəaliyyətlərini uğurla davam etdirmələri yolunda yeni-yeni müvəffəqiyyətlər! Xalqımızın azadlığı, Vətənin bütövlüyü və ölkəmizin müstəqilliyi yolunda canlarını sipər etmiş bütün şəhidlərimizə 20 yanvar faciəsinin otuz üçüncü ildönümü ərəfəsində Allah rəhmət eləsin! Amin!
22:59, 17.01.2023
Genetik Ehtiyatlar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə attestasiya keçirildi