NEWS
19:15, 15.12.2022
Genetik Ehtiyatlar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas və fərq doktorluq imtahanları başa çatmışdır

AМЕА Prezidentinin 24.10.2022-ci il tarixli 551 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) kiçik akt zalında keçirilmiş, fəlsəfə doktoru hazırlığı üzrə ixtisas və fərq doktorluq imtahanlarının 2022-ci il qış sessiyası, 15 dekabrda başa çatmışdır. Fərq imtahanlarını 14 dekabrda “Ümumi biologiya” üzrə 1 doktorant və 1 dissertant, 15 dekabrda isə “Genetika və Molekulyar biologiya” üzrə 2 doktorant və 2 dissertant müvəffəqiyyətlə vermişlər. Bununla belə, eyni 1 doktorant və 1 dissertant hər iki imtahanın iddiaçısı olaraq imtahan vermişlər. İmtahanlar müvafiq qaydalara ciddi əməl olunmaqla obyektiv və şəffaf şəraitdə həyata keçirilmişdir.