Genetik Ehtiyatlar İnstitutunun(GEİ) Meyvə bitkiləri şöbəsinin elmi işçisi Xəyalə İkram qızı Kərimovanın 2409.01- Genetika ixtisası üzrə dissertasiya işinin 2022-ci il 11 oktyabr tarixində şöbələrarası müzakirəsi keçirilmişdir. GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov Birləşmiş şöbələrin iclasını açıq elan etmişdir. GEİ-nin şöbə müdirlərinin, gənc alimlərin, Meyvə bitkiləri, Dənli taxıl və paxlalı bitkilər, Fizioloji genetika, İmmunogenetika, Biokimyəvi genetika və texnologiya, Molekulyar genetika və genomika şöbələrinin və Rüşeym plazması laboratoriyasnının elmi işçilərinin iştirak etdiyi seminarda iddiaçı Xəyalə Kərimova “Azərbaycanda becərilən gilas bitkisinin sort və formalarının genetik müxtəlifliyinin tədqiqi” mövzusunda dissertasiya işini slaydlarla ona ayrılan müddətdə toplantı iştirakçılarının nəzərinə çatdırmışdır. Dissertasiya işi haqqında rəylər dinlənildikdən sonra iştirakçıların sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Çıxış edən Elmi Şuranın üzvləri , digər alimlər Xəyalə Kərimovanın tədqiqatını, aldığı nəticələri, elmi fəaliyyətini yüksək qiymətləndirmiş, Dissertasiya işinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə cavab verdiyindən növbəti mərhələdə müzakirə olunmasını yekdilliklə məqsədəuyğun hesab etmişlər.
15:35, 11.10.2022
Genetik Ehtiyatlar İnstitutunda 2409.01-Genetika ixtisası üzrə dissertasiya işinin şöbələrarası müzakirəsi keçirildi