“Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda “Şuşa ili”nə həsr olunan Konfransın xarici ölkələrdən olan alimlərin də daxil olduğu 49 nümayəndə heyəti 24 sentyabr tarixində AMEA-nın vitse-prezidenti, Biologiya və tibb elmləri bölməsinin sədri, akademik İradə Hüseynovanın rəhbərliyi ilə sübh tezdən saat 06:30-da AMEA-nın əsas binasının inzibati ərazisindən Şuşa şəhərinə yola düşmüşdür. Konfrans öz işini Şuşada mavi səma altında açıq havada, Cıdır meydanında təntənəli surətdə davam etdirmişdir. Bununla da Beynəlxalq konfrans öz işini yekunlaşdırmışdır. GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərovun başçılıq etdiyi institutun bir qrup konfrans iştirakçıları da tədbirdə iştirak etmişlər. Həmin gündə də, tədbir iştirakçıları onlara ayrılmış xüsusi rahat avtobusla yeni salınmış “Zəfər yolu” ilə Bakı şəhərinə qayıtmışlar.
17:46, 26.09.2022
Beynəlxalq konfrans öz işini Cıdır düzündə yekunlaşdırdı