NEWS
19:53, 06.06.2022
Genetik Ehtiyatlar İnstitutunda magistrantların yay imtahan sessiyası başlamışdır

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda təhsil alan I kurs magistrantların 2021/2022-ci tədris ili üzrə yay imtahan sessiyası başlamışdır. İmtahan sessiyasının ilk günü 2022-ci il 03 iyun tarixində Biologiya üzrə “Genetika” və “İnsan genetikası” ixtisaslaşma üzrə təhsil alan magistrantlar “Populyasiya genetikası” və Aqronomluq üzrə “Bitkilərin seleksiyası” ixtisaslaşması üzrə təhsil alan magistrantlar isə “Molekulyar genetika” fənnindən imtahan vermişlər. İmtahan komissiyanın sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və üzvləri imtahanlarda iştirak etmişlər. 2022-ci il 23 iyun tarixinədək davam edəcək İmtahan sessiyasında magistrantlar “Populyasiya genetikası”, “Molekulyar genetika”, “Sitogenetika”, “Statistik genetika”, “Biotexnologiya və gen mühəndisliyi”, “Hüceyrənin molekulyar biologiyası”, “Xərçəng biologiyas”, “İrsi xəstəliklərin molekulyar genetik əsasları”, “Bitkilərin mühafizəsi”, “Bitkiçilik” fənnlərindən imtahan verəcəklər. Yay imtahan sessiyası davam edir.