NEWS
16:34, 18.05.2022
Türkiyənin Uludağ Universiteti ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun alimləri arasında görüş keçirilmişdir

Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Zeynal Əkpərovun yanında 18 may 2022-ci il tarixində institutun alimləri ilə Türkiyənin Uludağ Universitetinin Aqronomluq fakültəsinin professoru Dr. Ahmet İpek arasında işgüzar görüş keçirilmişdir. İşgüzar görüşdə institutun şöbə müdiri, b.ü.f.d. Sabir Həsənov və aparıcı elmi işçisi, b.ü.f.d. Səltənət Ağayeva iştirak etmişlər.

Zeynal Əkpərov institutda aparılan elmi tədqiqat işləri barədə ətraflı məlumat vermişdir. Prof. Dr. Ahmet İpek isə universitetdə aparılan elmi tədqiqat işləri barədə məlumat vermişdir. Görüşdə birgə tədqiqatların aparılmasının vacibliyi müzakirə olunmuşdur. Dr. Ahmet İpek müasir seleksiya metodlarının tətbiqi ilə tərəvəz bitkilərindən yeni sort və hibridlərin toxumlarının alındığını bildirmiş və bu təcrübənin tətbiq olunması istiqamətində birgə əməkdaşlığın aparılmasının hər iki tərəf üçün səmərəli olacağını bildirmişdir.

Daha sonra Dr. Ahmet İpek institutda müvafiq tədqiqatların aparıldığı laboratoriya və təcrübə sahələri ilə tanış olmuş və öz tövsiyələrini vermişdir. Görüş işgüzar anlaşma şəraitində baş tutmuşdur.