NEWS
10:38, 11.05.2022
AMEA – nın Genetik Ehtiyatlar İnstitutunun Quba Bölgə Təcrübə Bazasınında monitoqinq keçirilmişdir.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Baş meneceri b.ü.f.d. Rafail Mahmudov və Meyvəçilik şöbəsinin müdiri a.ü.f.d. Mirzə Musayev Quba Bölgə Təcrübə Bazasında mövzu planlarına uyğun olaraq nəzərdə tutulan tədbirlər və mövcud meyvə tingliyinin genofondunun vəziyyətini bazanın əməkdaşların iştirakı ilə monitorinqini həyata keçirmişlər. Müzakirələrdə bölgədə meyvə genofondunun zənginləşdirilməsi, qiymətli formaların öyrənilməsi, yabanı formalarının toplanması, bioloji-təsərrüfat göstəricilərinin qiymətləndirilməsi və səmərəli istifadəsi barədə bazanın əməkdaşlarının məlumatı dinlənilmiş və mövcud tinglik sahəsinə baxış keçirilmişdir. Bazanın ərazisində mövcud olan tinglər, bar verən ağaclar, calaq olunmuş xalq seleksiyası sortları, calaqaltı və toxmacalar barədə icraçılar məlumat vermişdir. Hazırlanmış müxtəlif tumlu, çəyirdəkli meyvə bitkilərinin iki və üçillik meyvə tinglərinin institutun müxtəlif bölgələrdə olan uyğun tədqiqat bazalarına köçürülməsi, əkin sahəsindəki tinglərin etiketlənməsi, yeni meyvə bağı salan torpaq mülkiyyətçilərinə verilərək, koordinatları müəyyən edilməklə Genbankın məlumat bazasına yerləşdirilməsi, bazanın ərazində olan tinglik sahəsi barədə təbliğat xarakterli tədbirlərin keçirilməsi tövsiyyə olunmuş və müvafiq irad və təkliflər bildirilmişdir.

Son illərdə Quba-Xaçmaz iqtisadi rayonunda salınan yeni meyvə bağlarında istifadə olunan yerli və idxal olunmuş sortların adları və onların bölgə üzrə yerləşməsinin xəritələnməsi məqsədilə bölgədə olan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərilə əməkdaşlıq etmələri, mövcud iri tinglık təsərrüfatları barədə məlumatların toplanması, meyvələrin yerli qədim və prespektiv sortlarının tingliyinin yaradılması və təbliğatının aparılması icraçılara tapşırılmışdır.

Quba Bölgə Təcrübə Bazasında sertifikatlı ting istehslı ilə məşğul olmaq üçün rəsmi şəhadətnamənin alınması məqsədilə Kənd Təsrrüfatı nazirliyinə müvafiq sənədlərin təqdim olunması təklif olunmuş, bazanın yerləşdiyi ərazidən və inzibatı binadan daha səmərəli istifadə olunması, bölgədə fəaliyyət göstərən tədqiqat institutları, tədqiqat bazaları, elmi məsləhət və aqrar inkişaf mərkəzlərilə əməkdaşlığın təşkili tövsiyə olunmuşdır.