NEWS
11:53, 08.05.2022
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda 6 may 2022-ci il tarixdə dissertasiya işinin şöbələrarası müzakirəsi ilə bağlı iclas keçirildi

 

GEİ-nin Fizioloji genetika şöbəsinin müdiri, professor Ramiz Əliyev Ekobotanika və sistematika şöbəsinin elmi işçisi Kəmalə Aydın qızı Məmmədyarovanın “Lənkəran-Lerik bölgəsinin yonca növlərinin (Trifolium L.S.L.) sistematikası və bioekoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işininin müzakirəsi ilə bağlı 6 may 2022-ci il tarixdə keçirilən iclasını açıq elan etmişdir. Elmi şuranın üzvlərinin və Meyvə bitkiləri, Tərəvəz bitkiləri, Dənli, taxıl və paxlalı bitkilər, Texniki və yem bitkiləri, Ekobotanika və sistematika, Fizioloji genetika şöbələrinin və Ruşeym plazması laboratoriyasının elmi işcilərinin də  iştrak etdikləri iclasda  İddiaçı Kəmalə Məmmədyarova reqlamentə uyğun olaraq ona ayrılmış müddətdə müvafiq slaydlarla dissertasiya işini  təqdim etmişdir.Dissertasiya işinə dair rəylər dinlənildikdən sonra rəyçilərin iradları, iclasda iştirak edən elmi şuranın üzvlərinin və müvafiq şöbələrin elmi işçilərinin çoxsaylı sualları K.Məmmədyarova tərəfindən cavablandırılmışdır. Dissertasiya işindən irəli gələn nəticələrinin nəinki tədqiqat aparılan Lənkəran-Lerik iqtisadi rayonunda, habelə respublikanın digər iqtisadi rayonlarında da elmi praktiki əhəmiyyəti ilə yanaşı, həm də  elmi-nəzəri əhəmiyyətinin istisna edilmədiyi qeyd olunmuşdur. Bununla belə, iştirakçılar Dissertasiya işininAzərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olduğunu bildirərək işin növbəti mərhələdə müzakirəyə buraxılmasını yedilliklə təklif etmişlər.