NEWS
20:28, 21.04.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunda tut ipəkqurdu ilə bağlı tədqiqat işlərinə start verildi

AMEA Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsində mövzu planına uyğun olaraq yerli və introduksiya olunmuş (Yaponiya və Çin) tut ipəkqurdu cins və hibrdlərinin yumurtaları inkubasiyaya qoyulmuşdur. Cinslərarası çarpazlaşdırma yolu ilə yeni yüksək məhsuldar və keyfiyyətli ipəkvermə qabiliyyətinə malik tut ipəkqurdu cins və hibridlərin yaradılması şöbənin əsas elmi istiqamətlərindən biri olduğundan tədqiqatın aparılması üçün müvafiq şərait yaradılmışdır.