AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda karantin qaydalarına əməl olunmaqla 1 mart 2022-ci il tarixdə Mülkü Müdafiə Günü ilə bağlı keçirilən tədbirdə GEİ-nin Mülki müdafiə qərargahının rəisi Valeh Əsədov müvafiq sahədə görülən tədbirlər haqqında məlumat verdi. Valeh Əsədov , 1972-ci ildə yaradılan Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan edilmiş 1 mart tarixinin - Ümumdünya Mülki Müdafiə Günü olaraq hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edildiyini, Azərbaycanın isə bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olduğunu bildirdi. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan əhalinin hazırlığını təmin etmək mülki müdafiə qurumları qarşısında duran bir nömrəli vəzifə olduğu kimi, institutda da müvafiq sahədə tədbirlərin görülməsi institutun Mülki müdafiə qərargahının əsas vəzifələrind\əndir. Ötən illərdə iş planına uyğun olaraq tədbirlər tam yerinə yetirilmişdir.Bu il isə qarşıda tədbirləri daha ciddi və məhsuldar olaraq yerinə yetirmək durur.Dünyada ayrı-ayrı regionlarda baş verən gərginlik, müharibələr, daha aktiv iqlim dəyişiklikləri əhalinin sağlamlıq və salamatlığının qorunması baxımından yanğından mühafizə tədbirləri ilə yanaşı, digər qabaqlayıcı profilaktik tədbirlərin görülməsini də tələb edir. Mülki müdafiə qərargahı, həm də institutun regionlarında yerləşən və fəaliyyət göstərən struktur bölmələrində də müvafiq qydalara uyğun olaraq işlərin təşkil olunmasına nəzarət edir. İnstitutun Tərtər rayonunda (Şıxarx qəsəbəsi) fəaliyyət göstərən Qarabağ Elmi-Tədqiqat Bazasında da müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarət və əməli köməklik göstərilir. Bununla belə, İnstitutun Genbankında saxlanılan nümunələrin dinc şəraitdə müvafiq qaydalara uyğun saxlanılması ilə yanaşı, fövqəladə hallarda qorunması da qarşıda duran ən vacib məsələlərdəndir. Təqdimatdan sonra Valeh Əsədov dinləyicilərin mövzu ətrafında müvafiq suallarını cavablandırdı.