NEWS
12:33, 21.02.2022
AMEA Genetik Ehtiyatlar İnstitutu elmi əməkdaşlığını davam etdirdi

AMEA Genetik Ehtiyatlar İnstitutunun nümayəndə heyəti , baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, institutun baş meneceri b.ü.f.d. Rafail Mehdiyev, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun  Binə qəsəbəsində yerləşən Abşeron Təcrübə Stansiyasında olmuşdur. Təcrübə stansiyasının məsul işçisi Sahib Mehdiyev GEİ-nin əməkdaşlarını xidməti ərazidə görülən işlərlə, yeni salınmış müxtəlif növ meyvə  bitki sortlarının əkin sahələri, istixana şəraitində becərilmə üsulları və gələcək planları ilə tanış etmişdir. İşgüzar görüşdən sonra gələcək birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılmış və əməkdaşlığın davam etdirilməsi dəstəklənmişdir.  Genetik Ehtiyatlar İnstitutunun Abşeron təcrübə təsərrüfat bazası və Abşeron təcrübə stansiyası arasında təcrübə mübadilələrinin davamlılığı və tərəflərin biri-birinə əməli köməklik göstərmələri elmi əməkdaşlığın əsas istiqamətidir.