NEWS
14:57, 08.02.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun təcrübə təsərrüfat bazalarında aqrotexniki tədbirlər yüksək təşkilatçılıq səviyyəsində davam etdirilir.
AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun institutun 2021-ci ilin elmi və elmi təşkilati fəaliyyətinin yekun hesabatına əsasən tərtib olunmuş və “Xalq qəzeti” nin 06 fevral 2022-ci il tarixli sayında nəşr edilmiş və kütləvi informasiya vasitələrində geniş yayılmış, ölkənin elmi ictimaiyyətinin böyük marağına səbəb olan “Milli genofondun öyrənilməsi: nailiyyətlər, perspektivlər və qlobal çağırışlar” məqaləsi Milli genofondun öyrənilməsi baxımından qlobal çağırış olmaqla yanaşı, nailiyyətlərin gələcəkdə davamlılığının təmin olunmasına görə, həm də struktur bölmələrinin öz işlərinə məsuliyyətinin daha da artırılması üçün müraciətdir.
AMEA-nın Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarının strukturlarının təsdiq edilməsi haqqında” 06.04.2021-ci il tarixli, 9/3 nömrəli Qərarına əsasən Genetik Ehtiyatlar İnstitutunun strukturunda (“Təchizat və xidmət şöbəsi”-nin yaradılması) dəyişiklikdən, müvafiq şöbələrin birləşməsindən və rəhbərliyin nomenklaturasına baş menecer ştat vahidinin daxil edilməsindən sonra institutun elmi və elmi təşkilati fəaliyyətində daha çox aktivlik müşahidə edilməkdədir. Yeni struktur dəyişikliyi şəraitində təcrübə təsərrüfat bazalarında aqrotexniki tədbirlər yüksək təşkilatçılıq səviyyəsində davam etdirilir.
İnstitutun baş meneceri b.ü.f.d. Rafail Mahmudov regionlarda institutun struktur bölmələrində olmuş və xidməti ərazilərinə, təcrübə sahələrinə monitorinq keçirmişdir. İnstitutun xüsusi vəsait hesabına elmi potensialının daha da genişləndirilməsi üçün onun kifayət qədər imkanlara malik olduğunu müəyyənləşdirmişdir. Elmi tədqiqatçıların təcrübə təsərrüfat bazalarında əməli işğüzarlığı gücləndirilmiş, obyektlərdə nəzarət məsuliyyəti artırılmışdır. Təcrübə təsərrüfat bazalarında görülən aqrotexniki tədbirlər haqqında məlumatların mütəmadi olaraq institutun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə verilməsi ilə bağlı şöbə müdirlərinə göstəriş verilmişdir.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun ölkənin ayrı-ayrı rayonlarında fəaliyyət göstərən 8 struktur bölməsindən biri olan, institutun inzibati ərazisində yerləşən Abşeron təcrübə təsərrüfat bazasında aqrotexniki tədbirlər Bazanın müdiri Həmid İsmayılovun rəhbərliyi və çox yüksək işgüzarlığı şətraitində həyata keçirilir. İnstitutun aidiyyatı şöbələrinin (Dənli, taxıl və paxlalı bitkilər; Texniki və yem bitkiləri; Tərəvəz və bostan bitkiləri; Meyvə bitkiləri; Biokimyəvi genetika və texnologiya; Molekulyar sitogenetika; Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları) əməkdaşları Bazada təcrübə sahələrində elmi işlərin aparılmasının səmərəliliyinin və əldə edilən məhsulların kəmiyyət, keyfiyyət göstəricilərinin dəqiqliyinin davamlılığının təmin olunması üçün tədqiqata cəlb edilən müxtəlif bitki genotipləri sortlarının seçilməsində, seleksiyasında və tətbiqində bilavasitə yaxından iştirak etməklə yanaşı, həm də müvafiq torpaq sahələrində aqrotexniki qulluq göstərilməsinə, ağacların əkilməsi, becərilməsi işlərinə də əməli köməklik göstərirlər. Bazanın xidməti ərazisində meyvə bitkiləri, istixana şəraitində çiyələk, habelə tut ipəkqurdu üçün yemxammalı bazasını formalaşdırmaq məqsədilə tutağacı bitkiləri planlı olaraq əkilmişdir və onlara aqrotexniki qulluq göstərilir. Bu tədbirlər son vaxtlar institutda ənənə halını almış ağacəkmə kompaniyası formasında həyata keçirilir. Genetik Ehtiyatlar İnstitutunun bütün təcrübə təsərrüfat bazalarında aqrotexniki tədbirlər yüksək təşkilatçılıq səviyyəsində davam etdirilir.
İnstititun bitkilər şöbəsi (Xanbala Rüstəmov), Texniki və yem bitkiləri şöbəsi (Ruhəngiz Məmmədova), Tərəvəz Dənli, taxıl və paxlalı və bostan bitkiləri şöbəsi (Sabir Həsənov), Meyvə bitkiləri şöbəsi (Mirzə Musayev), Biokimyəvi genetika və texnologiya şöbəsi (Hamlet Sadıqov), Molekulyar sitogenetika şöbəsi (Aybəniz Əliyeva), Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin (A.Məmmədov) mövzu planlarına uyğun olaraq elmi tədqiqatların aparıldığı indiki şəraitdə müvafiq təcrübə sahələrində torpaqlara, müxtəlif növ bitki genotiplərinə tələblərə uyğun olaraq aqrotexniki qulluq göstərilir.