Sovetlər birliyinin mövcud olduğu XX əsrin 70 illik bir müddətində, məqsədi millətləri özlərini dərk etmək ruhundan məhrum eləmək və xalqların azadlıq əldə etmək mübarizliyi əzmini qırmaq olan gözəgörünməyən imperiya ideoloqları öz ideoloji təbliğat maşınlarının fəaliyyəti sayəsində “ xoşbəxt sovet nəsli ” formalaşdırmışdı.
XX əsrin 80-90-cı illərində İttifaqın dağılmağa başladığı müddətdə Azərbaycanda xalqın həmrəyliyindən və milli azadlığa nail olacağından təlaşa düşən imperiyanın mühafizəçiləri, davamçıları tərəfindən xalqın azadlıq hərəkatının qarşısını almaq və onun birliyini dağıtmaq, onları əzməklə qorxutmaq, meydanlardan uzaqlaşdırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri Bakıya yeridildi.
Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı XX əsrin sonlarında, 1987-ci ildən başlayan milli azadlıq hərəkatının ədalətsizliyə və haqsızlığa qarşı birgə dinc nümayişləri, xalq hərəkatı 1990-cı ilin 20 yanvar faciəsinə düçar oldu.
Bu faciə, dinc əhaliyə qarşı terror akt olmaqla yanaşı, həm də öz xidməti vəzifələrini yerinə yetirən alimlərimizdən də yan keçmədi. Sovet hərbi qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı zamanı 1990-cı ilin yanvarın 24-də ən ağır cinayətlərdən biri də Polimer Materialları İnstitutuna işə gedərkən sovet faşizminin amansızlığına tuş gələn 5 alimi, professorları olmuşdur. Azərbaycana yeridilən Sovet ordusunun böyük ağır zirehli tanklarından biri yol kənarında nasazlığı səbəbindən dayanmış minik avtomaşınının üstündən amansızcasına keçərək hadisə yerindən uzaqlaşıb. O hadisədə 5 alimdən 3-ü yerindəcə şəhid olmuşdur. Faciə zamanı professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerində, İsmayıl Mursaqulov isə 3 gündən sonra vəfat etmişlər.
Azərbaycanın 150 “ 20 Yanvar şəhidi ” onun şanlı tarixinə yazıldı.
Sovet İttifaqında, Böyük Vətən müharibəsindən sonra ötən müddət ərzində ölkənin tarixində, heç bir regionda bu miqyasda, bu sayda insan ölümü olmamışdır.
Azərbaycan xalqına qarşı Sovet rəhbərliyi dəhşətli cinayət elədi, lakin xalqın birliyini dağıtmağa müyəssər olmadı və mübarizə əzmini qıra bilmədi. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirildi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak elədi.
Faciəni törətmiş cinayətkarlar, Sovet rəhbərləri bu hərbi əməliyyatı guya erməni əhalisini müdafiə etmək üçün həyata keçirdiklərini sübut etməyə çalışsalar da , bu sahədə beynəlxal ədalət həqiqəti dedi.
Bakıya qoşun yeridilməsi məqsədinin Kremlin guya erməni əhalisini qorumaq sübutlarının əsassız olduğu “İnsan Haqları Monitorinqi”nin ( Human Rights Watch) hesabatında öz şərhini tapdı.
Yalanın ömrünün sabun köpüyü ilə müqaisə edilməsi daha düzgün olardı. Tarixi, bağladıqları sülh müqavilələri haqda vədləri, siyasəti yalan ifadələr üzərində qurulan “erməni həqiqətləri”nin də ömrü bu cür bənzətmədən başqa bir şey deyildir.
20 Yanvar faciəsi-Azərbaycanın qanlı tarixidir. Xalqın azadlığı, müstəqilliyi uğrunda hərəkatına qarşı düşmənlərinin, imperiya tərəfdarlarının planlı olaraq həyata keçirdikləri aktdır. Törədilmiş cinayət xalqın qan yaddaşına həkk olundu!
O, 20 Yanvar-qanlı, müdhiş gecə Azərbaycanın tarixinin səhifələrinə qara hərflərlə yazılsa da, milli azadlıq hərəkatının dirçəliş gününün, düşmənə nifrətin, xalqın azadlığı uğrunda həmrəyliyində dəmir yumruq kimi möhkəm olmasının əsasını qoydu. Odur ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanların xatirələri nəinki hər il ölkəmizdə, habelə bir çox ölkələrdə də anılır, əziz xatirələri böyük ehtiramla yad edilir.
Azərbaycan 30 ildən artıq müddətdə ümumxalq səbri nümayiş etdirərək erməni işğalçılarının işğal etdikləri 20% ərazini tərk edəcəyi günü gözlədilər. Ümumilikdə 8 nüfuzlu Beynəlxalq Təşkilatın 54 mühüm akt , o cümlədən BMT tərəfindən Ermənistanın işğal etdiyi ərazilərdən çıxması haqqında 12 akt ( 4-qətnamə,7- bəyanat və 1 sənəd) qəbul edilməsinə baxmayaraq, işğalçı Ermənistan bu aktlara məhəl qoymasa da v haqqında daha ciddi və əsaslı tədbirlər gölrülməsə də haqq və ədalət nəhayət ki, zəfər çaldı.
Yaranmış vəziyyətdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları ermənilərin təkrarən atəşkəsi pozmasına cavab olaraq xalqın istək və tələblərinə hörmətlə yanaşaraq 27 sentyabr 2020-ci il tarixdə Müzəffər orduya əks-hücuma keçmək haqqında əmr verdi. 2-ci Qarabağ müharibəsi 44 gün müddətində, 8 noyabr tarixində Şuşa şəhərinin alınması - Böyük Zəfər ilə başa çatdı! Bununla da, Beynəlxalq təşkilatların mühüm aktları, o cümlədən BMT-nin 12 aktı icra olundu. Bu qələbə , həm də yeridilmiş düzgün diplomatik dövlət siyasəti, ölkənin güclü iqtisadiyyatına, hərbi qüdrətinin artmasına nail olmaqla mümkün oldu.
2-ci Qarabağ müharibəsinin və Böyük Zəfərin elmi-nəzəri mahiyyəti Azərbaycan xalqının öz həyat tərzində islami dəyərlərə əsaslanmağı və türk millətinin Allaha daha sıx bağlılığı, beynəlmiləl ruhlu olması ilə bağlıdır. Böyük Qələbə , həm də Allaha sevgi, vətənə və torpağa güclü bağlılığı olan Azərbaycan xalqının, türk millətinin Zəfəri idi. Bu Zəfər Dünyaya gəldiyi ilk gündən qulağı ana laylası eşidən, vətəninə, torpağına məhəbbət ruhunda türk ailəsində tərbiyə və məktəbdə təhsil almış cəsur əsgərlərin, zabitlərin və ruhları Haqqın dərgahına yüksələn şəhidlərin, sözün əsl mənasında haqqın qələbəsi, Allahın zəfəri idi. Odur ki, deyirik: Azərbaycanın ərazi bütövlüyü uğrunda xalq hərəkatında iştirakçı olaraq dünyasını dəyişən 20 yanvar, 1 və 2-ci Qarabağ müharibələrinin bütün şəhidlərinə Allah rəhmət eləsin, ruhları şad olsun!