NEWS
16:08, 06.01.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun magistraturasında qış imtahan sessiyasına start verildi

“AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” 21 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Genetik Ehtiyatlar İnstitutunun Təhsil şöbəsinin təşkil etdiyi Azərbaycan bölməsinin “Biologiya”(Genetika-505.15-21; İnsan genetikası-505.13-21) və “Aqronomluq” (Bitkilərin seleksiyası 702.1-27) ixtisasları üzrə 1-ci kurs magistrlərin qış imtahan sessiyasının “Sitogenetika”, “Epigenetika” və “Ümumi genetika” fənnlərindən imtahanları 06 yanvar 2022-ci il tarixdə keçirildi. İmtahan komissiyasının sədri, GEİ-nin icraçı direktoru, b.ü.f.d. Mehrac Abbasov ilk növbədə magistrləri yeni ilin başlanmasına və tədrisin payız sessiyasında qazandıqları yüksək ballarla imtahanda iştirak etdiklərinə görə təbrik etdi və onlara imtahanları da uğurla başa vurmalarını arzuladı. Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Vüsalə İzzətullayevanın təşkilatçılığı ilə imtahanın gedişatına ciddi nəzarət şəraitində tələbələr onlara ayrılmış kifayət qədər müddətdə imtahan biletlərinin suallarını yazılı olaraq cavablandırdılar. Bununla belə, imtahanların əyani olaraq keçirilməsi müddətində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunmuşdur.İmtahanlar Təhsil şöbəsi tərəfində təsdiq olunmuş qrafikə uyğun olaraq 01 fevral 2022-ci il tarixədək davam edəcək.

 

© www.genres.az