12:14, 31.12.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi Şənay İbrahimova Müstəqil Dövlətlər Birliyinin 2021-ci ilin ən yaxşı pedaqoqu 1-ci Dərəcəli Diplomuna layiq görüldü və Medalla təltif olundu.
AMEA Genetik Ehtiyatlar İnstitutunun Biokimyəvi genetika və genomika şöbəsinin elmi işçisi Şənay Güloğlan qızı İbrahimova Qazaxıstanda 27 oktyabr 2021-ci il tarixdə keçirilmiş 15 ölkənin elmi tədqiqatçılarının iştirak etdiyi Elmi Konqresdə Müstəqil Dövlətlər Birliyinin 2021-ci ilin ən yaxşı tədqiqatçı pedaqoqu 1-ci Dərəcəli Diplomuna layiq görüldü və Medalla təltif olundu. Şənay İbrahimovanın “Suvarılan şəraitdə yumşaq buğda bitkilərində becərmə üsullarının səmərəliliyinin öyrənilməsi” mövzusunda məqaləsi Müstəqil Dövlətlər Birliyi ölkələrinin beynəlxalq kitab nəşri olan “Best in Education -2021”-də dərc edilmişdir.