NEWS
19:36, 29.12.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun böyük akt zalında karantin qaydalarına əməl olunmaqla Ekobotanika və sistematika şöbəsinin elmi işçisi Kəmalə Əsədovanın dissertasiya işinin ilkin müzakirəsi keçirildi.

AMEA Genetik Ehtiyatlar İnstitutunun böyük akt zalında 29 dekabr 2021-ci il trixdə karantin qaydalarına əməl olunmaqla Ekobotanika və sistematika şöbəsinin elmi işçisi Kəmalə Əsədovanın dissertasiya işinin ilk müzakirəsi keçirildi. İnstitutun icraçı direktoru b.ü.f.d. Mehrac Abbasov ilk növbədə müzakirənin iştirakçıları, institutun kollektivinin bütün üzvlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni- 2022 il münasibətilə təbrik elədi. Təqdimat üçün söz iddiaçı Kəmalə Əsədovaya verildi. Kəmalə Əsədova “Azərbaycanda yayılan Lərgə cinsi (Vicia L.) növlərinin bioekoloji xüsusiyyətləri və səmərəli istifadəsi” mövzusunda dissertasiya işini tərtib olunmuş xüsusi slaydlarla təqdim elədi. Təqdimatdan sonra dissertasiya üzrə rəyçilərin rəyləri oxundu. Dissertasiya işi haqda rəyçilərin müsbət rəyləri dinlənildikdən sonra müzaqkirə davam etdirildi. Kəmalə Əsədovanın elmi rəhbəri b.e.d. Aydın Əsgərov aparılan tədqiqatın aktuallığı, alınan nəticələrin uğurlu olmasını qeyd etməklə yanaşı, həm də iddiaçının işğüzarlığı, tədqiqatın yerinə yetirilməsində obyektivliyini, elmi etik qaydalara əməl olunması keyfiyyətlərini və digər yüksək insani xüsusiyyətlərini də müzakirə iştirakçılarının nəzərinə çatdırdı. İddiaçi Kəmalə Əsədovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildirdi. Dənli, Taxil və Paxlali Bitkilər şöbəsinin müdiri, b.ü.f.d. Xanbala Rüstəmov, Biokimyəvi genetika və genomika şöbəsinin müdiri, b.ü.f.d. Hamlet Sadıqov, Tərəvəz bitkiləri şöbəsinin müdiri b.ü.f.d. Sabir Həsənov, icraçı direktor b.ü.f.d. Mehrac Abbasov, Fizioloji genetika şöbəsinin müdiri, b.e.d., professor Ramiz Əliyev, Meyvə bitkiləri şöbəsinin b.e.i., b.ü.f.d. Qorxmaz Məmmədov, institutun baş meneceri b.ü.f.d. Rafail Mehdiyev, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev müzakirədə çıxış edərək dissertasiya mövzusunun aktuallığı, elmi nəzəri və praktik əhəmiyyətini və yerinə yetirilməsinin tələblərə uyğun olduğunu bildirməklə yanaşı, həm də məzmununa heç bir xələl gətirməyən redaksiyasında mexaniki, orfoqrafik səhvlərin olduğunu da qeyd etdilər. İclasın sədri b.ü.f.d. Mehrac Abbasov rəyçilərin, müzakirədə çıxış edənlərin rəyinə əsasən iddiaçı Kəmalə Əsədovanın dissertasiya işinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamənin fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə bağlı iddiaçılara dair tələblərinə uyğun olduğunu bildirdi və növbəti müzakirəyə buraxılmasını tövsiyə etdi.