NEWS
21:55, 29.11.2021
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasında 2022-ci il üçün elmi-tədqiqat işlərinin Tədbirlər Planının müzakirəsi aparıldı.

AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasının üzvlərinin, aidiyyatı şöbə və laboratoriyaların müdirlərinin iştirak etdiyi 29 noyabr 2021-ci il tarixdə keçirilən Şurada 2022-ci il üzrə elmi-tədqiqat işlərinin Tədbirlər Planının geniş müzakirəsi aparıldı. Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov institutun aidiyyatı hər bir bölməsinin növbəti ilin Tədbirlər Planının mövzularına uyğun bütün mərhələlərini mübahisələndirdi. Ötən illərdə dünyada baş verən məlum Pandemiya səbəbindən ölkədə tətbiq olunan və davam etməkdə olan ciddi karantin tədbirləri şəraitində tədqiqatların başa çatdırılması məqbul sayılsa da bu nəticələri ilə tam razı qalmadığını da bildirdi. İcraçıların məsuliyyətinin daha da artırılması üçün mövzuların və onun mərhələlərinin üzərində ciddi mübahisələndirmə aparıldı və iddiaçılardan daha məsuliyyətlə fəaliyyət göstərmələri tələb olundu. Habelə, mövzuların mərhələlərinin aktuallığına, əldə ediləcək nəticələrin praktik əhəmiyyət kəsb etmələrinə daha çox diqqət yetirilməsi tələb edildi. Bununla belə, mövzuların və mərhələlərin adının, habelə hesabatların və məqalələrin tərtib olunmasında, redaksiyasında ”Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu”-nun tələblərinə ciddi əməl olunması da tövsiyə olundu. Gündəlikdə duranİnstitutun Elmi Əsərləri Jurnalının növbəti sayının dərc edilməsi ilə bağlı 2-ci məsələ və 3-cü sair məsələlər də müzakirə olunduqdan sonra iclas öz işini bitirdi.