NEWS
20:56, 05.10.2021
AMEA Genetik Ehtiyatlar Institutunda 05 oktyabr 2021 ci il tarixdə anım günü ilə bağlı “İşğaldan azad edilmiş yurdlarımız və hərbi qənimətlər” mövzularında gənclərin tədbiri keçirilmişdir.
AMEA Genetik Ehtiyatlar Institutunda 05 oktyabr 2021 ci il tarixdə anım günü ilə bağlı “İşğaldan azad edilmiş yurdlarımız və hərbi qənimətlər” mövzularında gənclərin tədbiri keçirilmişdir.
Genetik Ehtiyatlar İnstitutunun gənclərinin 44 günlük Vətən müharibəsinin bu günkü 05 oktyabr 2021 ci il anım günü ilə bağlı Bakıda dəniz kənarında Qənimətlər Parkında başlamış görüşü, günün ikinci yarısında institutun akt zalında geniş müzakirədən sonra başa çatmışdır.
İnstitutun “Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi” nin müdiri, b.ü.f.d. Vəli Qarayevin rəhbərliyi ilə karantin qaydalarına əməl olunmaqla dəyirmi masada keçirilən gənclərin toplantısı şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla anılmasından sonra davam etmişdir. Gənclərin, Nahid Nəzərov,Günel Musayeva, Leyla İbrahimova, Xədicə Bayramova, Gülər İsmayılova, Zeynəb Məmmədova və Şəlalə Abdulrəhimlinin hər biri Qənimətlər Parkı haqqında öz təəssüratlarını bildiriblər. Ölkəmizə qarşı tarixən həmişə qəsbkarlıq, soyqırım siyasəti yeritmiş işğalçı, terrorçu ermənilərin 44 günlük Vətən müharibəsindəki taleyini əks etdirən və Müzəffər ordunun qələbəsini nümayiş etdirən vidiozala malik Qənimətlər Parkının yaradılmasının təşəbbüskarlarına gənclərin hər biri öz çıxışında minnətdarlığını bildirdi. 44 günlük 2 Qarabağ, Vətən müharibəsinin döyüşmeydanını, xeyirlə şər qüvvələrin “ölüm ya qalım” səhnəsini əks etdirən, düşmən tərəfindən keçilməz sədd hesab olunan maneələrin dəf olunması, ağır hərbi texnikalarının sıradan çıxarılması və qənimət kimi götürülməsi, canlı qüvvəsinin məhv edilməsi və ya əsir alınması görüntülərinə baxışlar ziyarətçi gənclərdə bir anlığa sanki döyüşlərin iştirakçı olması təsəvvürünü yaratmışdır.Düşmənə nifrət və Müzəffər ordumuzun şücaətinə məhəbbət hisslərini artırmışdır.Sonda Hacı Vəli Qarayev də Qənimətlər Parkı haqqında öz təəssüratını bölüşmüşdür. O da öz növbəsində Qənimətlər parkının gənc nəslin vətənpərvərlik və mübarizlik hisslərinin güclənməsində çox mühüm uzun ömrlü bir təbliğat, maariflənmə mənbəi olacağına öz əminliyini bildirmişdir. Hacı Vəli, Minada şeytanı daşlama sütunları yeri ilə müqayisədə Qənimətlər Parkını bu dünyamızda xalqımızın, türkün gözlə görünən və görünməyən düşmənlərinə, şeytanlara qarşı nifrət yeri olaraq ziyarət edilməsının gənc nəsilin unutqanlığının aradan qaldırılmasında çox vacib əhəmiyyəti olduğunu bildirmişdir.Bu gün şəhidlər xiyabanı onların ruhlarına rəhmət dualarının edildiyi məkan, Qənimətlər Parkı isə düşmənə kin,nifrət və qəzəb, Müzəffər ordumuza olan məhəbbətin ziyarət məkanı olsun. Allah şəhidlərimizə rəhmət eləsin.
 
 
FOTO>>>
 
© www.genres.az