NEWS
17:52, 16.12.2020
İnstutut əməkdaşlarının dərs vəsaiti nəşr olunmuşdur
AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının 21.02.2020-ci il tarixli 02 saylı qərarı ilə “Molekulyar genetika” dərs vəsaiti çap olunmuşdur. Kitabın müəllifləri biologiya elmləri doktoru, professor Ramiz Əliyev, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov və biologiya üzrə fəlsəfə doktoru Validə Rəhimlidir. Kitabda molekulyar genetikanın yaranma tarixi, prokariot və eukariotlarda genomun təşkili, DNT-nin replikasiyası, transkripsiya, translyasiya, eukariotlarda RNT sintezi və prosessinq, sitoplazmatik irsiyyət, gen mutasiyaları və onların reparasiyası, gen ekspressiyasının tənzimlənməsi və s. kimi fundamental problemlər haqqında ətraflı məlumat verilmiş, həmçinin gen mühəndisliyi, biotexnologiya və insan genomu barəsində ümumi bilgilər yer almışdır.
AMEA Genetik Ehtiyatlar İnstitutunun rəhbərliyi müəllifləri səmimi qəlbdən təbrik edir və onlara elmi fəaliyyətlərində uğurlar arzulayır.