NEWS
12:25, 16.06.2020
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ipəkçilik üzrə videokonfransda iştirak edib

İyun ayının 12-də AMEA Genetik Ehtiyatlar İnstitutunun beynəlxalq əlaqələr, informasiya və media şöbəsinin müdiri b.ü.f.d. Ayaz Məmmədov AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təşkil etdiyi "Azərbaycanda ipəkçiliyin mövcud vəziyyəti və gələcək perspektivlər" mövzusunda beynəlxalq videokonfransda iştirak etmişdir. O, Genetik Ehtiyatlar İnstitutunda ipəkçiliklə bağlı görülən elmi-tədqiqat işləri haqqında məlumat vermişdir.