NEWS
17:10, 06.12.2018
AMEA Genetik Ehtiyatlar İnstitutu ilə KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq əlaqələri gücləndirilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) arasındaelmi-texniki əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən dənli-taxıl və paxlalı  bitkilərin yeni sortlarının yaradılması və həmçinin sözügedən bitki kolleksiyalarının gen spesifik markerlərlə identifikasiyasının aparılması, pasportlaşdırılması, əlamət və özək kolleksiyalarının yaradılması, birgə seleksiya işlərinin aparılması, ilkin toxumçuluğun qurulması,təlim, seminar, elmi-praktiki konfranslar və tarla günlərinin birgə təşkili, xidməti ezamiyyələrin təmini,  birgə kadr hazırlığı, gənc tədqiqatçıların elmi-tədqiqat işlərinə cəlb edilməsi və onların respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakının dəstəklənməsi, yerli və beynəlxalq fondların elan etdikləri müsabiqələrdə birgə iştirak nəzərdə tutulmuşdur.

Müqaviləni AMEA GEİ-nin direktoru, professor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Azərbaycan Respublikası KTN ƏETİ-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Cavanşir Təlai imzalamışdır. 

 

 

FOTO>>>

 

© www.genres.az