NEWS
13:44, 23.07.2018
Gəncə şəhərində “Aqrar elm sahəsində innovativ yönümlü tədqiqatlar və nəticələrin kənd təsərrüfatında tətbiqi” mövzusunda seminar keçirilmişdir

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kənd Təsərrüfatı Bitki və Heyvanlarının Genetikası və Seleksiyası Problemləri üzrə Elmi Şurasının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə ş.) “Aqrar elm sahəsində innovativ yönümlü tədqiqatlar vənəticələrin kənd təsərrüfatında tətbiqi” mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə açan “Kənd Təsərrüfatı Bitki və Heyvanlarının Genetikası və Seleksiyası Problemləri üzrə Elmi Şura”nın sədri, AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov seminarı açıq elan edərək ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından kənd təsərrüfatının ölkə iqtisadiyyatının əsas strateji sahələrindən biri olduğuna bildirib. O, sahənin inkişafının yalnız ən müasir səviyyədəinnovativ yönümlü elmi tədqiqatların aparılması və əldə edilən elmi nəticələrin intensiv tətbiqinə nail olunması ilə mümkün ola biləcəyinivurğulayıb. Sonra Zeynal Əkpərov Azərbaycan Respublikası Prezidenti tərəfindən aqrar elm və təhsil sistemi qarşısında qoyulmuş tələblər, müasir dövrün çağırışları haqqında danışıb. O, tədqiqatların daha yüksək səviyyədə istiqamətləndirilməsi və koordinasiyasının vacibliyinə diqqət çəkdi.Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov seminar iştirakçılarını salamlayıb və bu səpkidə keçirilən tədbirlərin elm və təhsilin inteqrasiyasının, AMEA-nın, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin strukturuna daxil olan müvafiq elmi-tədqiqat institutları və ADAU arasındadaha sıx əməkdaşlığın aqrar tədqiqatlar sahəsində innovativ bilgilərin əldə edilməsində, yüksək ixtisaslı gənc kadrların hazırlanmasındamüstəsna rol oynayacağını qeyd edib. Tədbirin proqramına uyğun olaraq Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Aqrar elmi tədqiqatlardan alınmış nəticələr və innovasiyaların kənd təsərrüfatında tətbiqi” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təşkilati strukturuvə onun tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əhatə etdiyi araşdırmaların əsas strateji istiqamətləri və tədqiqat prioritetləri, prioritet bitkilər, innovasiyaların inkişafı, onu şərtləndirən amillər, qabaqcıl texnologiyalarıntəsərrüfatlara transfer olunması haqqında danışıb. Daha sonra C.Təlaiöz təqdimatında konkret elmi-istehsalat xarakterli layihələrin və innovativ klasterlərin həyata keçirilməsi üçün “İnnovativ texnologiyalar aqroparkının” yaradılmasının zəruriliyinə diqqət çəkərək elmi-tədqiqat və təhsil müəssisələri arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq və keyfiyyətli xidmətin təmin olunmasına istiqamətlənmiş innovativ konsorsiumlarının və biznes inkubasiya mərkəzlərinin inkişaf etdirilməsinə, elmi-tədqiqat institutları ilə təhsil müəssisələri arasındakı əlaqələrdə mövcud boşluqlara və eləcə də aidiyyəti üzrə digər məsələlərə geniş yer verib. Tədbirin sonunda ADAU, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmitədqiqat müəssisələrinin doktorant və dissertantlarının dissertasiya mövzuları müzakirə edilib və tədqiqat işlərinin icrası ilə bağlı zəruri tövsiyələr verilib.

 

©  http://bteb.science.gov.az/