ANNOUNCEMENTS
12:13, 30.01.2026
ELAN
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçiriləcək
04.02.2026-cı il tarixində saat 11:00-da institutun doktorantı Əsmər Məhərrəmovanın
“Venoz trombozların patogenezində trombofilik gen mutasiyalarının rolu”
mövzusunda seminarı keçiriləcək.
Seminar venoz trombozların patogenezində trombofilik gen mutasiyaları və polimorfizmlərinin müqayisəli tədqiqinə həsr olunmuşdur. Təqdim olunan məruzə venoz trombozların patogenezində trombofilik gen mutasiyalarının rolunun öyrənilməsinə dair dissertasiya işi çərçivəsində aparılmış tədqiqatın bir hissəsini əks etdirir.
Tədqiqatın əsas məqsədi Azərbaycanda təkrarlanan venoz tromboz diaqnozu qoyulmuş xəstələrdə trombofilik gen mutasiyalarının genetik profilini müəyyən etmək və bu mutasiyaların rekürrent venoz trombozun formalaşmasında rolunu qiymətləndirməkdən ibarət olmuşdur.
Seminara institutun elmi işçiləri dəvət olunur.