NEWS
17:00, 07.11.2025
Genetik Ehtiyatlar İnstitutunun Elmi Tədqiqat Bazalarında Zəfər günü qeyd edilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Tovuz, Şəki, Lerik (Zuvand) və Ağdaş elmi-tədqiqat bazalarında 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb, Şəhidlər xiyabanına və şəhid məzarlarına ziyarətlər təşkil olunub. Həmçinin şəhidlərimizin ruhuna hörmət və xatirələrinin əbədiləşdirilməsi məqsədilə ağacəkmə aksiyaları həyata keçirilib.
İnstitutun kollektivinin iştirakı ilə keçirilən bu tədbirlər Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin xalqımız üçün qürur və birlik simvolu olduğu bir daha vurğulanıb. Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub və onların xatirəsinə bir dəqiqəlik sükutla ehtiram göstərilib.