NEWS
12:04, 04.11.2025
Genetik Ehtiyatlar İnstitutu “Lerik Eko Festivalı”nda iştirak etmişdir
AR ETN Genetik Ehtiyatlar İnstitutunun Zuvand (Lerik) DM-i Dövlət Turizm Agentliyinin və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 29-da Lerikdə ilk dəfə keçirilən “Lerik Eko Festivalı”nda iştirak etmişdir.
Festivalda İnstitutun əməkdaşları bölgəyə məxsus mədəni bitkilərin müxtəlif sortlarını təqdim edərək, yerli sortların xüsusiyyətləri, aqrobiomüxtəliflik və bitkilərin əhəmiyyəti barədə ziyarətçiləri geniş şəkildə məlumatlandırmışlar.
Festivalın keçirilməsində əsas məqsəd yerli turizm məhsullarının tanıdılması, kənd turizminin inkişafına dəstək göstərilməsi, bölgənin zəngin adət-ənənələrinin və mədəni irsinin təbliği, həmçinin ekoturizm və aqrobiomüxtəliflik potensialının artırılmasıdır.