NEWS
10:13, 29.10.2025
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Fəxri fərman”la təltif olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov elmi fəaliyyətində göstərdiyi yüksək peşəkarlığa və elmin inkişafına verdiyi dəyərli töhfələrə görə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.
Tədbirdə qeyd olunub ki, Saleh Məhərrəmovun uzunmüddətli və məhsuldar elmi-tədqiqat fəaliyyəti, gənc alimlərin yetişdirilməsindəki rolu və elmi-nəzəri fikrin zənginləşməsinə verdiyi töhfələr Azərbaycan elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Sonda AMEA rəhbərliyi alimi təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayıb.