NEWS
15:06, 18.12.2024
Genetik Ehtiyatlar İnstitutunda şöbə və laboratoriyaların illik hesabatlarının müzakirəsi başa çatmışdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) şöbə, laboratoriya və elmi-tədqiqat bazalarının cari il üzrə elmi fəaliyyəti ilə bağlı hesabatlarının müzakirəsi başa çatmışdır.
İclası giriş sözləri ilə açan Elmi Şuranın sədri, GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdə olan məsələlər haqqında Şura üzvlərinə və iştirakçılara məlumat vermişdir. Gündəliyə uyğun olaraq institutun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları və Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin, dayaq məntəqələri və bazaların illik hesabatları şöbə müdiri biologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov və dayaq məntəqələri və baza müdirlərinin təqdimatında dinlənilmişdir.
Hesabatlara dair müzakirələr edilmiş, verilmiş suallar cavablandırılmış və gələcək elmi tədqiqatların daha yüksək səviyyədə aparılması üçün tövsiyələr verilmişdir.
Sonda hesabatlar yekdilliklə qəbul edilmişdir. il üzrə elmi fəaliyyəti ilə bağlı hesabatlarının müzakirəsi başa çatmışdır.