NEWS
15:16, 17.12.2024
Genetik Ehtiyatlar İnstitutunda şöbə və laboratoriyaların illik hesabatlarının müzakirəsi keçirilir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) şöbə, laboratoriya və elmi-tədqiqat bazalarının cari il üzrə elmi fəaliyyəti ilə bağlı hesabatlarının müzakirəsi davam edir.
İclası giriş sözləri ilə açan Elmi Şuranın sədri, GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdə olan məsələlər haqqında Şura üzvlərinə və iştirakçılara məlumat vermişdir. Gündəliyə uyğun olaraq institutun Molekulyar genetika və genomika şöbəsi, İnsan genetikası və Beynəlxalq kompyüter genomikası laboratoriyaları və Molekulyar sitogenetika şöbəsinin illik hesabatları şöbə və laboratoriya müdirləri biologiya elmləri doktoru, dosent Mehrac Abbasov, Bayram Bayramov, aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Vaqif Əmikişiyev və aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Mehdiyevanın təqdimatında dinlənilmişdir.
Hesabatlara dair müzakirələr edilmiş, verilmiş suallar cavablandırılmış və gələcək elmi tədqiqatların daha yüksək səviyyədə aparılması üçün tövsiyələr verilmişdir.
Sonda hesabatlar yekdilliklə qəbul edilmişdir.