NEWS
15:15, 02.12.2024
Genetik Ehtiyatlar İnstitutunun daha bir doktorantı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 26.11.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin elmi işçisi Əsədova Kəmalə Valeh qızına 2417.01– “Botanika” ixtisası ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Əsədova Kəmalə “Azərbaycanda yayılan Lərgə ( _Vicia_ L.) cinsi növlərinin bioekoloji xüsusiyyətləri və səmərəli istifadəsi” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.