NEWS
16:13, 14.10.2024
AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü İlham Şahmuradov Avropa Biotexnologiya Konqresində məruzə ilə iştirak etmişdir.

03-05 oktyabr 2024-cü il tarixində Türkiyənin İstanbul şəhərində Avropa Biotexnologiya Tematik Şəbəkələri Assosiasiyası (ABTŞA; European Biotechnology Thematic Network Association, EBTNA; https://www.ebtna.eu/) tərəfindən təşkil edilən Avropa Biotexnologiya Konqresi keçirilmişdir. 15 ölkədən (Birləşmiş Krallıq, Avstriya, Fransa, Türkiyə və s.) 200 tədqiqatçının iştirak etdiyi Konqresdə AR ETN Genetik Ehtiyatlar İnstitutunun Mərkəzi Məlumat Bazası qrupunun baş elmi işçisi və Biofizika İnstitutunun İnteqrativ Biologiya laboratoriyasının rəhbəri, ABTŞA-nın Azərbaycan üzrə Milli Koordinatoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü İlham Şahmuradov “Məməlilərin və bitkilərin annotasiya olunmuş mRNT-lərindəki əlavə Açıq Oxuma Çərçivələri naməlum zülallar kodlaşdıra bilər” mövzusunda məruzə etmiş, həmçinin elmi sessiyalardan birinə sədrlik etmişdir. Konqres dövründə bir sıra alimlərlə elmi əməkdaşlıq üzrə işgüzar söhbətlər aparmış, ABTŞA-nın prezidenti, professor Munis Dündar Azərbaycan alimlərinin bu təşkilatda daha geniş və fəal təmsil olunması arzusunu bildirmişdir.