NEWS
15:50, 12.06.2024
Doktorantlar Qırğızıstanın Bişkek şəhərində keçirilən regional təlimdə iştirak etmişdir.
03-07 iyun 2024-cü il tarixlərində Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICBA) təşkilatçılığı ilə Qırğızıstanın Bişkek şəhərində keçirilən “Mərkəzi Asiyanın Quraq Mühitlərində Qida Sisteminin Transformasiyası” mövzusunda regional təlimdə Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun genetika ixtisası üzrə doktorantları Orxan Bayramlı və Rəhim Rəhimov da iştirak etmişdir.
Təlim zamanı doktorantlar region ölkələrindən cəlb olunmuş digər mütəxəssislərlə birlikdə quraq mühit və qida sistemləri arasında əlaqə, quraq mühitlərdə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, innovativ su idarəetmə strategiyalarının müəyyən edilməsi, kənd təsərrüfatı bitkilərinin genetik müxtəlifliyi və yeniliklər, kənd təsərrüfatı məhsulları üçün dayanıqlı qida dəyər zəncirinin inkişaf etdirilməsi, regionda ərzaq təhlükəsizliyi siyasətinin həyata keçirilməsi istiqamətlərində sessiyalarda iştirak etmiş, fikir və təcrübə mübadiləsi aparılmışdır.
Təlimin sonunda doktorantlarımıza təşkilatın baş direktoru tərəfindən sertifikat təqdim edilmişdir.