NEWS
10:17, 10.06.2024
İnstitutun əməkdaşı Gürcüstanda keçirilən elmi konfransda
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və Sistematika şöbəsinin elmi işçisi Xarıbül Əzizxanlı Gürcüstanın Tbilisi şəhərində “Bitki genetik ehtiyatları: imkanlar və problemlər” mövzusunda keçirilən elmi konfransda iştirak etmiş və “Azərbaycanda xaşa cinsinin iki endemik növləri haqqında qeydlər” adlı posterlə çıxış etmişdir. Əməkdaşımız Xarıbül Əzizxanlı 1964-cü ildə O. D. Ağayeva tərəfindən toplanılan Şuşa xaşası növünün yayılmasını qiymətləndirməyin Şuşanın işğalı ilə əlaqədar 28 il ərzində təşkil etmək mümkün olmaması və qeyri-davamlı istifadəsi səbəbindən müxtəlifliyin pozulmasını, həmçinin Holmbergin 1959-cu ildə Abşeron yarımadasından topladığı Bakı xaşası növünün ekoloji çirklənmə və urbanizasiya səbəbindən yayılma arealının məhdudlaşması, insan təsiri nəticəsində yox olma riskini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Bütün bunları nəzərə alaraq, Təbiəti Mühafizə üzrə Beynəlxalq Birlik (IUCN) tərəfindən Azərbaycan florası üçün endem olan Şuşa və Bakı xaşasının qlobal qiymətləndirilməsinə ehtiyac duyulduğunu xüsusi vurğulamışdır.
Sonda Xarıbül Əzizxanlı konfransın serifikatı ilə təltif edilmişdir.