NEWS
17:43, 23.02.2024
Genetik ehtiyatlar institutunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

AR ETN Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2023-cü il 23 fevral tarixində GEİ-nin gənclərinin iştirak etdiyi Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli və faciəli səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqə sükütla anıldıqdan sonra tədbir davam edib. XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş soyqırımlarından biri olan Xocalı faciəsi hər bir kəsin kədərinə səbəb olmasına baxmayaraq, 2023-cü ilin sentyabr ayının 19-da Müzəffər ordunun cəsur zabit və əsgərlərinin erməni terrorçularına qarşı keçirdiyi antiterror əməliyyatının qısa müddətdə uğurla başa çatması, ölkə ərazisinin süverenliyinin tam bərpa olunması, Xocalı şəhidlərinin qanının yerdə qalmaması və qisasının alınması səbəbindən tədbir iştirakçıları daha ruh yüksəkliyi ilə öz təəssüratlarını bölüşmüşlər. Hər birinin də son sözü bu olub: Allah bütün şəhidlərimizə, Xocalı soyqırımı qurbanlarına rəhmət eləsin! Ruhları bu günümüzün uğurları və ölkəmizdə bərpa və quruculuq işlərinin vüsət aldığı şəraitdə, Dövlətimizin daha da güclü olması ilə daima şad olsun!