NEWS
16:17, 14.02.2024
“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Qarabağ elmi-tədqiqat bazasında ağacəkmə kampaniyası keçirilib.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı bölgələrdə uğurla icra edilməkdədir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasının (QETB) əməkdaşları tərəfindən ağacəkmə kampaniyası həyata keçirilib.

Əməkdaşlar tərəfindən ərazinin yaşıllaşdırılması məqsədilə yolkənarı ərazidə 50 ədəd dekorativ, 300 ədəd qarışıq meyvə tingləri əkilmişdir.