НОВОСТИ
11:21, 12.12.2023
Genetik Ehtiyatlar İnstitutunun baş direktoru Beynəlxalq Simpoziumda iştirak etmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Türkiyə Respublikasının İzmir şəhərində ezamiyyətdə olmuşdur. O, Azərbaycan əsilli professor Mirzə Gökgölə həsr olunmuş Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumunda (Mirza GÖKGÖL Plant Genetic Resources Symposium) iştirak etmişdir.
Beynəlxalq tədbirdə iştirakçılar genetik ehtiyatların toplanması, öyrənilməsi və səmərəli istifadə olunması, dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin qorunmasının vacibliyi və bunların gələcək nəslə itkisiz çatdırılması ilə bağlı tədqiqat nəticələrini təqdim etmişlər.
Z.Əkpərov öz növbəsində “Azərbaycanın Bitki Genetik Ehtiyatları və onların idarəetmə sistemi“ mövzusunda məruzə ilə çıxış etmişdir.
Növbəti genetik ehtiyatlara həsr edilən Beynəlxalq simpoziumun 2025-ci ildə Mirzə Gökgölün vətəni Gəncə şəhərində keçirilməsi qərara alınmışdır. Tədbir çərçivəsində bir çox iştirakçılarla fikir mübadiləsi aparılmış və birgə əməkdaşlıq qurulması ilə bağlı razılığa gəlinmişdir. Həmçinin Türkiyə Respublikası ilə Azərbaycan Respublikasının Milli Genbankları arasında əməkdaşlıq edilməsinin vacibliyi də qərara alınmışdır.