НОВОСТИ
11:08, 06.12.2023
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müdafiəsi keçirilmişdir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Molekulyar Genetika və Genomika şöbəsinin İnsan genetikası laboratoriyasının elmi işçisi Kərimova Nigar İldırım qızının təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının iclasında müdafiəsi keçirilmişdir. İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Azərbaycanda xroniki mieloid leykozlu (XML) xəstələrin genetik variasiyalarının molekulyar identifikasiyası" mövzusu üzrə dissertasiya işinin qısa məzmununu təqdim etmişdir. Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Gizli səsvermənin nəticələrinə əsasən, Nigar Kərimovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.

FOTO>>>