НОВОСТИ
16:09, 04.11.2023
Qazaxıstan Elmi-Tədqiqat İnstitutlarının əməkdaşları Genetik Ehtiyatlar İnstitutunda olmuşlar
Qazaxıstanın Heyvandarlıq və Yemçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Aynur Seytbattalova və Əkinçilik və Bitkiçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Bakıt Aynebekova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olmuşlar.
Qonaqlar 5 gün ərzində institutun elmi fəaliyyəti ilə tanış olmaq məqsədilə müvafiq şöbə və laboratoriyalarda olmuş, təlim kursunda iştirak etmişlər.
Onlar GEİ-də ölkə üzrə bitki genetik ehtiyatlarının öyrənilməsi, toplanması və mühafizəsi ilə bağlı təcrübələrə yiyələnmək sahəsində təlimi uğurla başa vurduqlarına görə müvafiq sertifikatla təltif olunmuşlar.
Həmçinin elmi müəssisələr arasında kənd təsərrüfatı elmi sahəsində qarşılıqlı faydalı əməkdaşlığa dair memorandum imzalanmışdır.