20:39, 23.10.2023
Genetik Ehtiyatlar İnstitutunda 1 aylıq təlim başa çatmışdır
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda keçirilən “Mərkəzi Məlumat Bazasının strukturu və bitki genetik ehtiyatları üzrə məlumatların beynəlxalq standartlara (FAO və Beynəlxalq Biomüxtəliflik İnstitutu tərəfindən təsis edilmiş EURISCO formatına) uyğun hazırlanması” mövzusunda təlim-seminarı başa çatmışdır. Təlim seminarı 18 sentyabr tarixindən başlayaraq 1 ay müddətində Mərkəzi Məlumat Bazası qrupunun aparıcı elmi işçisi b.ü.f.d. İlhamə Mirzəliyeva tərəfindən həyata keçirilmişdir.
Sonda iştirakçılar kursu müvəffəqiyyətlə başa vurduqlarına görə sertifikatlarla təltif olunmuşlar.