НОВОСТИ
17:53, 25.09.2023
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Macarıstanda ezamiyyətdə olmuşlar
Azərbaycan Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Fizioloji Genetika şöbəsinin baş elmi işçisi, b.ü.e.d. Afət Məmmədova və İmmunogenetika şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Nailə Məmmədova 18-20 sentyabr tarixlərində
Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən “Chemical, Agriculture, Biological & Environmental Sciences” adlı 40-cı Beynəlxalq Konfransda iştirak etmişlər. Onlar Portuqaliya, Macarıstan, İsrail, Koreya, Bolqarıstan, Tailand, Polşa və s. ölkələrin aparıcı elmi mərkəzlərindən olan alim və mütəxəssislərlə yeni ideyalar, innovativ tədqiqatlar və gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparmışlar.
A.Məmmədova və N.Məmmədovanın “Study of DNA synthesis activity in high-yielding cotton hybrids and their parental forms” adlı məqaləsi konfransın nəticələrinə dair “International conference proceedings” adlı jurnalda dərc olunmuşdur.
Sonda konfransın sədri, Hindistanın Rayat-Bahra Universitetinin direktoru, professor, Dr.P.S.Sandhu tərəfindən tədbir iştirakçılarına sertifikat təqdim edilmişdir.