НОВОСТИ
15:13, 19.09.2023
Genetik Ehtiyatlar İnstitutunda 1 aylıq təlim seminarı keçirilir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu ölkədə genetik ehtiyatların idarə olunması, o cümlədən toplanması, sənədləşdirilməsi, tədqiqi, səmərəli istifadəsi sahəsində milli əlaqələndirici mərkəzdir. Burada Azərbaycanın bitki genetik ehtiyatları üzrə Milli İnformasiya Sistemi və Mərkəzi Məlumat Bazası fəaliyyət göstərir.
Sözügedən məlumatların Qlobal İnformasiya Sisteminə daxil edilməsi və onlayn istifadə edilməsini təkmilləşdirmək məqsədilə institutun müvafiq sahədə çalışan əməkdaşları üçün “Mərkəzi Məlumat Bazasının strukturu və bitki genetik ehtiyatları üzrə məlumatların beynəlxalq standartlara (FAO və Beynəlxalq Biomüxtəliflik İnstitutu tərəfindən təsis edilmiş EURISCO formatına) uyğun hazırlanması” mövzusunda təlim-seminarın keçirilməsinə başlanılmışdır. Təlim seminarı 18 sentyabr tarixindən başlayaraq 1 ay müddətində Mərkəzi Məlumat Bazası qrupunun aparıcı elmi işçisi b.ü.f.d. İlhamə Mirzəliyeva tərəfindən aparılır.