НОВОСТИ
12:24, 23.08.2023
Kənd Təsərrüfatı naziliyinin Seleksiya nailiyyətlərinin sınağa qəbul edilməsi və qeydiyyata alınmasına dair Ekspert Komissiyasında institutun yeni sortlarına patent verilməsi qərara alınmışdır.
Kənd Təsərrüfatı naziliyinin Seleksiya nailiyyətlərinin sınağa qəbul edilməsi və qeydiyyata alınmasına dair Ekspert Komissiyasının növbəti iclasında respublikada kənd təsərrüfatı bitkilərinin seleksiyası sayəsində son illərdə yaradılmış və sınağı aparılmış yeni sortlara parentlərin verilməsi müzakirə olunmuşdır. Ekspert Komissiyasına müxtəlif tədqiqat institutları ilə yanaşı Genetik Ehtiyatlar institutunun iki yumşaq buğda, bir tritikale, bir lobya və bir at paxlası sortu geniş müzakirə olunaraq təsdiq olunmuşdır.
Ekspert Komissiyasında institutun patent verilməsi qərara alınan “Xəmsə” yumşaq buğda sortu kompleks təsərrüfat qiymətli əlamətlərə görə seçilmiş yumşaq buğda nümunələrinin hibridləşdirilməsi nəticəsində alınmış genotipdən təkrar fərdi sеçmə yоlu ilə yaradılmış, 2018-cu ildən dövlət sınağına təqdim edilmiş və Qusar, İsmayıllı və Zaqatala DSSM-də tarla sınağında yüksək nəticələrinə görə fərqlənmişdir.
Digər payızlıq yumşaq buğda “Viləş” sortu mürəkkəb hibridləşmədən alınmış hibdir xətlərdən çoxqatlı fərdi seçmə yolu ilə yaradılmışdır. Viləş sortunun məhsuldarlığı üç illik müsabiqəli sortsınağının nəticələrinə görə potensial məhsuldarlığı 70,0 s/ha çox olmuşdur.
Yeni payızlıq tritikale sortu “Fidan” Milli Genbankda saxlanılan tritikale nümunəsindən təkrar fərdi seçmə yolu ilə alınmış, becərmə illərindən asılı olmayaraq sabit orta məhsuldarılğa malik, adaptiv sortlardandır, pоtеnsial məhsuldarlığı yüksəkdir.
Lobyanın “Yalçın” sortu koleksiya nümunəsindən fərdi çox təkrarlı seçmə yolu ilə yaradılmış, hündürlüyü 75-85 sm, dənləri iri olub 1000 dəninin kütləsi 465-473 qram, məhsuldarlığı 18-20 s/h, dəninində 25,0% zülal vardır və quraqlığa və xəstəliklərə orta davamlılığı ilə fərqlənmişdir.
At paxlasının “Qaraca” sortu hibridləşmə yolu ilə alınmış, hündürboylu, dənləri orta irilikdə olub tünd bənövşəyi rənglidir, 1000 dənin kütləsi 963 qram, dəndə zülalın miqdarı 27,0%, dən məhsuldarlığı 70,0 sen/h çox, quraqlığa, yatmaya və xəstəliklərə yüksək davamlıığı ilə seçilmişdir.
İnstitutun seleksiya proqramı üzrə yerinə yetirilən tədqiqatların bu uğurlu nəticələri Milli Genbankda genofondun zənginləşməsinə və davamlı inkişafa imkan verəcəkdir.