НОВОСТИ
09:50, 20.06.2023
Genetik Ehtiyatlar İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu (GEİ) və Torpaqşünaslıq və Aqrokimya İnstitutu (TAİ) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov ilə TAİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev imzalayıb.

Müqavilədə hər iki müəssisə əməkdaşlarının birgə tarla və laboratoriya təcrübələrinin təşkili, magistr və doktorantların aparılan elmi tədqiqatlarla əyani tanış olmalarına şərait yaradılması, istehsal edilən üzvi gübrələrin məhsuldarlıq və keyfiyyətə təsirinin müəyyən edilməsi, suvarma və neftlə çirklənmiş torpaqlarda rekultivasiya tədbirlərinin hazırlanması, konfrans və elmi seminarlarda birgə iştirakı və. s nəzərdə tutulub.

Qeyd edək ki, iki müəssisə arasında imzalanmış müqavilə 5 il ərzində qüvvədə qalacaq.