НОВОСТИ
16:14, 12.06.2023
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Avropa ittifaqının təşkilatçılığı ilə keçirilən yarmarkada iştirak etmişlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Lerik rayonunda yerləşən Zuvand Dayaq Məntəqəsi (DM) əməkdaşları “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsi çərçivəsində keçirilən sərgidə iştirak etmişlər.

İnstitutun əməkdaşları bu bölgədə qorunub saxlanılan əvəzedilməz dərman bitkilərini nümayiş etdirmiş, sərgi iştirakçılarına dərman bitkiləri və onlardan istifadə qaydaları barədə tövsiyələr vermişlər.

Sərgidə iştirak edən rayon İcra hakimiyyətinin məsul şəxsləri, Avropa İttifaqının səfirləri və bir çox xarici və yerli mütəxəsislər Zuvand DM əməkdaşları tərəfindən nümayiş etdirilən eksponatlara böyük maraq göstərmişlər.