НОВОСТИ
16:05, 12.06.2023
Genetik Ehtiyatlar İnstitutu Böyük Britaniyanın tanınmış elmi mərkəzi ilə əməkdaşlıq edir

Böyük Britaniyanın “John İnns Mərkəzi”nin tanınmış alim və mütəxəssisləri professor Cristobal Uauy, professor Enrico Coen, Dr. Daniel Richardson və Dr. Noam Chayutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olmuşlar.

Qonaqlar GEİ-nin elmi fəaliyyəti və son illərdə əldə edilən nəticələrlə yaxından tanış olmuşlar.

Professor C.Uauy səfərin məqsədi, əməkdaşlıq perspektivləri, eləcə də “John İnns Mərkəzi” haqda məlumat verib.

Səfərçərçivəsində qonaqlar institut əməkdaşları ilə birgə ölkənin ayrı-ayrı rayonlarına səfərlər edib və Azərbaycanda yayılan taxıl bitkilərinin yabanı əcdadlarının populyasiyalarının tədqiqi üzrə müzakirələr aparıblar. Bir həftə ərzində davam edən səfər və görüşlər çox işgüzar şəraitdə keçib. “John İnns Mərkəzi” və GEİ arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədəuyğun hesab olunub.