AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın Roma şəhərində yerləşən Mərkəzi Qərargahında 2023-cü il, 18-20 aprel tarixlərində keçirilən “Bitki Genetik Ehtiyatları (BGE) üzrə hökümətlərarası işçi qrupunun 11-ci sessiyası”nda iştirak edib. Tədbirdə “Ərzaq və Kənd Təsərrüfatı üçün Dünya Bitki Genetik Ehtiyatları üzrə üçüncü hesabat”, “BGE üzrə həyata keçirilən İkinci Qlobal Fəaliyyət Planının Statusu”, “BGE ürzə Genbank Standartları”, “Toxumçuluq siyasəti, qanunlar və tənzimləmələrin təsiri”, “İqlim dəyişmələrinə adaptasiyada BGE-nin rolu”, “BGE-nıın əlçatanlığı və faydanın bölüşdürülməsi”, “BGE üzrə rəqəmsal sekvensləmə informasiyası”, “BGE üzrə Strateji plan” və “Beynəlxalq təşkilatlar üzrə hesabat” sənədləri geniş müzakirə olunaraq qəbul edilib. Azərbaycanı Avropa Regional Qrupunda təmsil edən M.Abbasov BGE üzrə hazırlanan müvafiq sənədlərə öz rəy və təkliflərini bildirib, Azərbaycanda BGE üzrə görülən işlər, əldə edilən nailiyyətlər və perspektiv planlar haqda tərəfdaşlara geniş məlumat verib, habelə “BGE üzrə Beynəlxalq müqavilə”yə Azərbaycanın qoşulması, eləcə də “BGE üzrə Avropa Əməkdaşlıq Proqramı”nda Azərbaycanın tam hüquqlu üzv statusuna keçirilməsi üçün aidiyyatı müzakirələr aparıb.