НОВОСТИ
17:50, 20.04.2023
GEİ-nin təcrübə bazalarının əkin sahələrində yaz-tarla işləri davam etdirilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Quba Bölgə Təcrübə Bazasının (QBTB) əkin sahələrində bölgəyə uygun müxtəlif növ meyvə bitkiləri, alma, armud, gilas, ərik bitkisi sortlarının tingliyinin yaradılması məqsədilə perspektiv və xalq seleksiyası meyvə sortlarından götürülmüş calaqüstünün(göz tumurcuğu) əkilmiş calaqaltılara köçürülərək göz calağı edilmiş beş mindən çox bitkinin becərilməsinə başlanılıb. Yetişdirilən tumlu, çəyirdəkli, qərzəkli meyvə ağacları tinğlərindən gələcəkdə GEİ-nin Qarabag elmi tədqiqat bazasının ərazisində, habelə ölkənin digər bölgələrində meyvə baglarının salınması, həm də göz tumurcuqlarından yeni tinglik sahələrin yaradılması və yayılmasında istifadə edilməsi nəzərdə tutulur.QBTB-nin meyvə ağacları bağ sahələrində yaz-tarla işləri, aqrotexniki qulluq, zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.