НОВОСТИ
17:04, 18.04.2023
GEİ-nin Ağdaş elmi tədqiqat bazasının yaz-tarla işləri davam etdirilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun ( GEİ ) Ağdaş Elmi-Tədqiqat Bazasının (AETB) əkin sahələrində sort-sınaq təcrübələri, becərilmə işləri uğurla davam etdirilir. Bununla belə, ərzaq təhlükəsizliyində rolu baxımından qeyri-ənənəvi yem bitkisi olan xaşanın sınaq təcrübələrinə də başlanılıb.Heyvandarlığın yem bazasının formalaşmasında mühüm əhəmiyyət kəsb edən xaşa bitkisinin ilkin olaraq toxum əldə edilmək üçün AETB-nin əkin sahələrində becərilməsi həyata keçirilir.