НОВОСТИ
15:03, 13.04.2023
GEİ-də elmi konfransın keçiriləcəyi müddət müəyyən edildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda(GEİ) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi: nailiyyətlər və perspektivlər” mövzusunda Respublika Elmi Konfransının keçiriləcəyi tarix müəyyən edilib. GEİ-də Konfrans 2023-cü ilin 4-5 may tarixində keçiriləcək. Konfransa tezislərin son qəbul tarixi 2023-cü il 25 apreldir, adıgedən konfransla bağlı ətraflı məlumat  genres.az  saytının “Elanlar” bölməsində yerləşdirilib.