НОВОСТИ
16:02, 28.02.2023
ETN GEİ-nin daha bir gənc əməkdaşı dosent elmi adına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17.02.2023-cü il tarixli qərarı ilə AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun daha bir əməkdaşı, İmmunogenetika şöbəsinin müdiri, b.ü.f.d. Hacıyev Elçin Saday oğluna “2409.01 -Genetika” ixtisası üzrə dosent elmi adı verilib. Elçin Hacıyev 2017-ci ildə biologiya elmləri doktoru, prof. Ramiz Əliyev və prof. Ram Şarmanın elmi rəhbərliyi ilə “Bərk (T.durum Desf.) və yumşaq (T.aestivum L.) buğda genotiplərinin terminal istiliyə davamlılığının və genetik müxtəlifliyinin tədqiqi” mövzusunda dissertasiya işini uğurla müdafiə etmiş və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Elçin Hacıyevin 30-a yaxın elmi məqaləsi Veb of Science və SCOPUS bazalarında indeksləşən impakt faktorlu jurnallarda yayımlanıb və beynəlxalq elmi əsərlərinə 100-ə yaxın istinad edilib. Dosent Elçin Hacıyev hazırda GEİ-də elmlər doktoru hazırlığı üzrə doktoranturada təhsilini davam etdirir. GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və İnstitutun bütün kollektivi Elçin Hacıyevi dosent elmi adı almağı münasibətilə təbrik edir və ona elmi yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırlar.